- İngiltərə P.L.
- 19:13 11.07.2026
İngiltərə millisinin və "Nyukasl"ın sabiq hücumçusu Alan Şirer "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqın gələcəyi ilə bağlı danışıb.
90deqiqe.Az xəbər verir ki, 53 yaşlı veteran futbolçu niderlandlı çalışcının qovulacağını bildirib.
“Mənə elə gəlir ki, onun gələcəyi artıq müəyyənləşib. Komanda kuboku qazansa belə, onun qovulacağını düşünürəm. Bu kubokun qərara çox təsir edəcəyini düşünmürəm. Kuboku qazanmaq onun işini davam etdirmək üçün kifayət etməyəcək”, - TBR Football Şirerdən sitat gətirir.
"Mançester Yunayted" İngiltərə kubokunun finalında "Mançester Siti" ilə qarşılaşacaq. Görüş mayın 25-də “Uembli” stadionunda baş tutacaq. Premyer Liqada “qırmızı şeytanlar” turnir cədvəlində yeddinci yeri tutur.