8 may 2026. Cümə

"Arsenal" Qabriellə bağlı qərar verib


"Arsenal" Qabriellə bağlı qərar verib

"Arsenal" komandanın müdafiəçisi Qabriel Maqalhaeslə bağlı vacib qərar verib.

90deqiqe.Az-ın “Daily Mirror”a istinadən məlumatına görə, “topçular” 26 yaşlı futbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb. London klubu Qabrieli bu mövsüm yüksək səviyyəli oyununa görə mükafatlandırmaq istəyir.

2023/2024 mövsümündə Qabriel "Arsenal"ın heyətində 46 rəsmi oyun keçirib və bu oyunda 4 qol vurub. "Arsenal" Premyer Liqada növbəti matçını bazar günü, aprelin 28-də səfərdə "Tottenhem"ə qarşı keçirəcək. Hazırda “topçular” İngiltərə çempionatının turnir cədvəlində birinci yeri tutur.







İngiltərə P.L.

Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi