27 avqust 2026. Cümə axşamı

“Mançester Siti” Edersonu itirə bilər


“Mançester Siti” Edersonu itirə bilər

İngiltərə çempionatında "Nottingem Forest"lə oyunda "Mançester Siti"nin qapıçısı Ederson zədələnib.

90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə, braziliyalı qolkiperə dizindən zədə diaqnozu qoyulub. Bu zədə səbəbindən Ederson bu mövsümün qalan hissəsini buraxmaq riski daşıyır.

Qapıçı ilə "Mançester Siti" arasındakı hazırkı müqavilə 2026-cı ilin ortalarına qədərdir. Braziliyalının transfer qiyməti 40 milyon avro qiymətləndirilir. İngiltərə çempionatının bu mövsümündə Ederson 30 oyun keçirib və 28 qol buraxıb.

Görüş “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın