27 avqust 2026. Cümə axşamı

"Kristal Pelas"ı "Liverpul"a dəyişir?


"Kristal Pelas"ı "Liverpul"a dəyişir?

"Liverpul" bu yay "Kristal Pelas"ın mərkəz müdafiəçisini öz sıralarına dəvət edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, söhbət “Enfild”də Coel Matipi əvəz edə biləcək Mark Quehidən gedir.

Quehi "Liverpul"un qısa siyahısındadır. Bununla belə, Londonun “Çelsi”sinin yetirməsi İngiltərə Premyer Liqasının digər top-klubları, o cümlədən “Mançester Yunayted” və “Tottenhem”in də marağındadır.

Quehi İngiltərə çempionatının bu mövsümündə bir təsirli ötürmə etdi. 23 yaşlı futbolçu bu yay yüksəlməyə və top klubla müqavilə imzalamağa açıqdır.

Xatırladaq ki, kamerunlu futbolçunun mersisaydlılarla müqaviləsi yayda başa çatır.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın