24 iyun 2026. Çərşənbə

"Mançester Yunayted" son 53 ildə buraxdığı ən pis qol rekorduna sahibdir


"Mançester Yunayted" son 53 ildə buraxdığı ən pis qol rekorduna sahibdir

“Mançester Yunayted” Premyer Liqanın 37-ci turu çərçivəsində evdə “Arsenal”a minimal hesabla uduzub.

90deqiqe.Az-ın "Squawka"ya istinadən məlumatına görə, "qırmızı şeytanlar" bu mövsüm bütün yarışlarda artıq 82 qol buraxıb. Bu, "Mançester Yunayted"in 1970/1971 mövsümündən sonra bir mövsümdə əldə etdiyi ən pis nəticədir.

"Mançester Yunayted" İngiltərə çempionatında növbəti matçını çərşənbə günü, mayın 15-də evdə "Nyukasl"a qarşı keçirəcək. Hazırda Erik ten Haqın komandası Premyer Liqa turnir cədvəlində səkkizinci yerdədir.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər