24 iyun 2026. Çərşənbə

Trossard: "Arsenal"ın bu mövsüm yalnız bir məqsədi var"


Trossard: "Arsenal"ın bu mövsüm yalnız bir məqsədi var"

"Arsenal"ın vingeri Leandro Trossard "Mançester Yunayted" üzərində qələbədən sonra fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, 29 yaşlı futbolçu məqsədlərinin çempionluq olduğunu bildirib.

"Açığı, bu mövsüm bizim yalnız bir məqsədimiz var – çempionluq. Bu gün işimizi gördük və çalışacağıq ki, “Everton”la görüşdə qalib gələk. Ümid edirəm ki, gələn həftə nəyisə qeyd edə biləcəyik, inşallah belə olar”, - deyə futbolçu görüşün sonunda bildirib.

Görüş bazar günü İngiltərə çempionatının sondan əvvəlki turu çərçivəsində baş tutub və London komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal”ın 86 xalı var və çempionata başçılıq edən “Mançester Siti” bir xal azla ikinci yerdədir.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər