2 fevral 2026. Bazar ertəsi

Salah: "Klopp məni futbolçu kimi təkmilləşdirdi"


Salah: "Klopp məni futbolçu kimi təkmilləşdirdi"

"Liverpul"un hücumçusu Məhəmməd Salah mövsümün sonunda komandadan ayrılacaq komandanın baş məşqçisi Yurgen Klopp haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, misirli forvard təcrübəli çalışdırıcının onu çox təkmilləşdirdiyini bildirib.

"Klopp məni futbolçu kimi təkmilləşdirdi. Biz həmişə bir-birimizə kömək edirik və ən yaxşı nəticələr əldə etmək üçün hər şeyi edirik. Hər hansı problemim olsa, hər zaman ona zəng edib fikrini öyrənə bilərdim. Onunla sonsuza qədər əlaqə saxlayacağıq”, - “Liverpul”un hücumçusunun sözlərini Daily Mail yazır.

Yurgen Klopp 2015-ci ildən "Liverpul"da çıxış edir. Bu mövsüm onun komandası 37 oyunda 79 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Salah bu mövsüm Premyer Liqada 31 oyuna çıxıb, 18 qol vurub və 10 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə