2 fevral 2026. Bazar ertəsi

Rivaldo həmyerlisinə məsləhət verdi: "Mançester Yunayted"dən ayrıl"


Rivaldo həmyerlisinə məsləhət verdi: "Mançester Yunayted"dən ayrıl"

Braziliya millisinin sabiq hücumçusu Rivaldo "Mançester Yunayted"in yarımmüdafiəçisi Antoninin bu mövsümkü çıxışından danışıb.

90deqiqe.Az-ın məlumatına görə,52 yaşlı sabiq futbolçu həmyerlisinin hazırda İngiltərədən ayrılmasını məsləhət gördüyünü bildirib.

“O, hazırda uzun müddətdir çətin günlər keçirən klubda oynayır, ona görə də mənim fikrimcə İngiltərədən ayrılmaq onun üçün yaxşı ola bilər. Bacarıqları və göstərə biləcəyi oyunla düşünürəm ki, o, istənilən böyük komandaya, məsələn, İspaniyaya çox yaxşı uyğunlaşacaq”, – Rivaldo DAZN-dən sitat gətirib.

24 yaşlı Entoni bu mövsüm "Yunayted"in heyətində bütün turnirlərdə 38 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 37 turundan sonra 57 xal toplayan “qırmızı şeytanlar” Çempionlar Liqasında oynamaq hüququ verən dördüncü pillədən 11 xal geri qalaraq səkkizinci pillədə qərarlaşıb. Premyer Liqanın son turunda "Mançester Yunayted" "Brayton"la qarşılaşacaq. İclas bu gün, mayın 19-da baş tutacaq.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə