8 noyabr 2026. Bazar günü

"Çelsi" Maurisio Poçettino ilə yollarını ayırdı


"Çelsi" Maurisio Poçettino ilə yollarını ayırdı

"Çelsi" baş məşqçisi Maurisio Poçettino ilə müqaviləyə xitam verdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

"Bütün "Çelsi" adından Maurisioya bu mövsümdə gördüyü işlərə görə minnətdarlığımızı bildirmək istəyirik. İstənilən vaxt onu yenidən Stamford Bricdə görməkdən şad olarıq. Ona gələcək məşqçilik karyerasında uğurlar arzulayırıq”, - London klubunun açıqlamasında deyilir.

“Bu futbol klubunun tarixinin bir hissəsi olmaq fürsətinə görə Chelsea sahiblik qrupuna və idman direktorlarına təşəkkür edirəm. İndi onun Premyer Liqada və Avropada daha da irəliləmək üçün yaxşı imkanları var”, - deyə London klubunun mətbuat xidməti Poçettinodan sitat gətirir.

Xatırladaq ki, argentinalı mütəxəssis 2023-cü ilin yayında “Çelsi”nin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Bu müddət ərzində onun rəhbərliyi altında bütün turnirlərdə 51 görüş keçirən mavilər 27 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib, 14 dəfə məğlub olub.

İngiltərə Premyer Liqasının cari mövsümünün yekununda "Çelsi" 63 xal toplayaraq altıncı yeri tutub.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”