27 avqust 2026. Cümə axşamı

Klopp "Liverpul"la vidalaşarkən göz yaşlarına boğuldu


Klopp "Liverpul"la vidalaşarkən göz yaşlarına boğuldu

Alman mütəxəssis Yurgen Klopp "Liverpul" azarkeşləri ilə vida görüşü keçirib. 

90deqiqe.Az xəbər verir ki, o, 2023/2024 mövsümünün sonunda mersisaydlıların baş məşqçi postunu tərk edib.

Görüş zamanı Klopp klubun azarkeşləri ilə vidalaşarkən göz yaşlarına boğulub. 

Xatırladaq ki, Yurgen 2015-ci ilin payızından “Liverpul”un baş məşqçisi vəzifəsində çalışır. Almaniyalı mütəxəssisin rəhbərliyi altında komanda İngiltərə Premyer Liqasının çempionu olmaqla yanaşı, Çempionlar Liqası, ölkə kuboku və Liqa kubokunu da qazanıb. Xatırladaq ki, hollandiyalı mütəxəssis Arne Slot “Liverpul”un yeni baş məşqçisi təyin olunub.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın