2 fevral 2026. Bazar ertəsi

"Çelsi" və Premyer Liqanın digər 5 klubunda transfer problemi - Səbəbi


"Çelsi" və Premyer Liqanın digər 5 klubunda transfer problemi  - Səbəbi

İngiltərə Premyer Liqasında "Çelsi" və digər klublar iyun ayının sonuna qədər transfer məsələsini həll etməlidirlər. 

90deqiqe.Az "Sky Sport"a istinadən xəbər verir ki, İngiltərə futbolunun məhsuldarlıq və davamlılıq qaydalarına uyğun olmaq məqsədi ilə "Çelsi", "Aston Villa", "Nyukasl", "Everton", "Nottinqam Forest" və "Lester Siti" klubları iyun ayının sonuna qədər oyuncularını satmağa məcbur edilib. Bu məsələ İngiltərə futbolunda yeni deyil, xüsusən də, bəzi klublar bu qaydalara zidd davrandıqları üçün cəzalandırılıb.

Mövsüm ərzində "Nottinqam Forest" 4 xal itkisi yaşamış, Everton isə ciddi cəzalara məruz qalaraq, ümumilikdə 8 xal itirib. 

Bu dəfə İngiltərə Liqası, klubları məcburiyyət qarşısında qoyub. Bu qaydalar "Çelsi" və yüksək liqaya qayıdan "Lester"ə də aiddir. 

Bu xəbər, Premyer Liqanın növbəti illik iclasında müzakirə olunacaq yeni xərcləmə limitinin klublar tərəfindən qəbul edilməsi ilə bağlı aparılan səsvermədən sonra aktuallaşıb. Qərarın təsdiqlənməsi üçün 14 klubun razılığı tələb olunsa da, yalnız üç klub əleyhinə səs verib: “Mançester Yunayted”, “Mançester Siti” və “Aston Villa”.  "Zadəganlar" isə səsvermədə bitərəf qalıb. Bu təklif təsdiq olunarsa, bu yeni model 2025/26 mövsümündən etibarən cari maliyyə davamlılığı qaydalarını əvəz edəcək.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə