14 dekabr 2025. Bazar günü

"Mançester Yunayted"dən Erik ten Haqla bağlı qərar


"Mançester Yunayted"dən Erik ten Haqla bağlı qərar

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Erik ten Haqla bağlı qərar verib.

90deqiqe.Az "The Athletic"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hollandiyalı mütəxəssislə müqavilənin müddətinin uzadılması üçün danışıqlara başlayacaq.

54 yaşlı çalışdırıcının hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bundan əvvəl mətbuatda hollandiyalı mütəxəssisin bu yay qovulacağı təqdirdə “Mançester Yunayted”in ona təzminat kimi 9 milyon funt sterlinq (10,5 milyon avro) ödəməli olacağı barədə məlumatlar yayılıb.

Xatırladaq ki, ten Haq mankunianlıların baş məşqçisi postuna 2022-ci ilin yayında təyin olunub. Ötən mövsümün sonunda “Mançester Yunayted” Premyer Liqada səkkizinci yeri tutub.

 







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü