27 avqust 2026. Cümə axşamı

Ten Haqla bağlı yeni qərar


Ten Haqla bağlı yeni qərar

"Mançester Yunayted"in çalışdırıcısı Erik ten Haqın komandadakı gələcəyi bəlli olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O "qırmızı şeytanlar"ın mütəxəssislə müqavilənin uzadılması ilə bağlı anlaşmanın yaxın vaxtlarda açıqlanacağını və yeni müqavilənin iki mövsümlük olacağını qeyd edib.

Niderlandlı çalışdırıcı 2022-ci ilin yayından “Mançester Yunayted”i çalışdırır, onun rəhbərliyi altında “qırmızı şeytanlar” iki kubok – İngiltərə Kuboku və Liqa Kuboku qazanıb.

 







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın