8 noyabr 2026. Bazar günü

"Mançester Yunayted"də kimlər toxunulmaz sayılır?


"Mançester Yunayted"də kimlər toxunulmaz sayılır?

"Mançester Yunayted" yay transfer pəncərəsində mütləq satılmayacaq futbolçuların siyahısını hazırlayıb.

90deqiqe.Az bu barədə “The Mirror”a istinadən xəbər verir.

Toxunulmazlar arasında qapıçı Andre Onana, müdafiəçilər Dioqo Dalot və Lisandro Martinez, yarımmüdafiəçi Kobbi Mainu, həmçinin hücumçular Rasmus Hoylund və Alexandro Qarnaço da var.

Bildirilir ki, "mankunianlılar" komanda lideri Bruno Fernandeş üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Ötən mövsüm “Mançester Yunayted” Premyer Liqada uğursuz çıxış edərək, cədvəldə yalnız səkkizinci yerdə qərarlaşıb. Komanda uğursuz mövsümə FA Kubokunda qələbə ilə rəng qatıb.

 







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”