8 may 2026. Cümə

38 yaşlı Yanqın müqaviləsi uzadıldı


38 yaşlı Yanqın müqaviləsi uzadıldı

"Everton" müdafiəçisi Eşli Yanqın müqaviləsini uzadıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu ilə 2025-ci ilin ortalarına qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Futbolçu ötən yaydan “Everton”da çıxış edir. O vaxtdan bəri təcrübəli futbolçu 34 rəsmi oyun keçirib və bu oyunda 1 qol vurub. Qeyd edək ki, Eşli Yanq əvvəllər "Aston Villa", "İnter", "Mançester Yunayted" və "Uotford" kimi klublarda çıxış edib. Əlavə edək ki, “Everton” son İngiltərə çempionatını turnir cədvəlində 15-ci pillədə başa vurub. 







İngiltərə P.L.