18 avqust 2026. Çərşənbə axşamı

Chelsea 6 azarkeşini cəzalandırdı - birinə ömürlük, digərlərinə isə ...


Chelsea 6 azarkeşini cəzalandırdı - birinə ömürlük, digərlərinə isə ...

“Chelsea” klubu irqçilik səbəbiylə bir neçə azarkeşini cəzalandırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, keçən ilin dekabrında “Stemford Bric” stadionunda “Mançester Siti” ilə keçirilən oyunda futbolçusu Rahim Sterlinqə qarşı irqçi şüarlar səsləndirən azarkeşlərin cəzası müəyyənləşib.

Klub, polis araşdırmasına müdaxilə etməmək üçün bu qərarı gecikdirdiyini bildirib və araşdırmadan sonra 6 azarkeşin cəzalarını açıqlayıb. Qərara əsasən Sterlinqə qarşı irqçi təhqirlər işlədən bir nəfərə ömürlük, digər beş nəfərə isə 1-2 il müddətində “Stemford Bric” stadionuna giriş qadağan edilib.







İngiltərə P.L.

“Meydanda lider olmağa çalışıram”
  • İngiltərə P.L.
  • 23:29 17.08.2026
“Meydanda lider olmağa çalışıram”
“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”