27 avqust 2026. Cümə axşamı

"Liverpul" sabiq baş məşqçisinə yüksək vəzifə verdi


"Liverpul" sabiq baş məşqçisinə yüksək vəzifə verdi

Ötən mövsümün sonunda "Liverpul"dan ayrılan mütəxəssis Yurgen Klopp xeyriyyə fondunun fəxri səfiri olub.

90deqiqe.Az xəbər verir ki,  bu barədə "qırmızılar"ın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Klopp 2015-2024-cü illərdə "Liverpul"un baş məşqçisi olub. Mersisaydlılar alman mütəxəssisin rəhbərliyi altında İngiltərə çempionu və UEFA Çempionlar Liqasının qalibi olublar.

Klopp getdikdən sonra hollandiyalı mütəxəssis Arne Slot komandaya baş məşqçi təyin olunub. 45 yaşlı mütəxəssis "Liverpul"la 2027-ci ilin ortalarına qədər uzunmüddətli əmək müqaviləsi imzalayıb.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın