8 noyabr 2026. Bazar günü

"Qvardioladan başqa hamıdan daha çox kubok qazandıq"


"Qvardioladan başqa hamıdan daha çox kubok qazandıq"

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandadakı işindən danışıb.

90deqiqe.Az xəbər verir ki, “The Times” niderland çalışdırıcının dediklərini belə çatdırıb:

“Mən gələnə qədər “Mançester Yunayted” altı il idi ki, kuboksuz idi. İki mövsüm ərzində biz İngiltərədə Pep Qvardioladan başqa hamıdan daha çox kubok qazandıq”

Xatırladaq ki, ötən mövsüm “Mançester Yunayted” final oyununda “Mançester Siti”ni məğlub edərək (2:1) İngiltərə kubokunun qalibi olmuşdu.

Eyni zamanda, "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasında zəif çıxış edərək, turnir cədvəlində yalnız səkkizinci yerdə qərarlaşıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”