8 noyabr 2026. Bazar günü

Van Deykdən yeni müqavilə istəyi


Van Deykdən yeni müqavilə istəyi

"Liverpul" müdafiəçisi Vircil van Deyklə yaxın vaxtlarda yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Qrem Beyli "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 33 yaşlı futbolçunun Mersisayd klubunda qalmağa qərar verdiyini və tezliklə "Liverpul"la yeni müqavilə imzalayacağını qeyd edib.

Mətbuatda Səudiyyə Ərəbistanı klublarının hollandiyalının xidmətində maraqlı olduğu haqda xəbərlər yayılmışdı.

Qeyd edək ki, müdafiəçinin "qırmızı-qaralar"la hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına kimidir. 

Xatırladaq ki, Vircil van Deyk ötən mövsüm İngiltərə çempionatında "Liverpul"un heyətində 36 oyun keçirib və bu oyunda iki qol vurub və iki məhsuldar ötürmə edib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”