22 mart 2026. Bazar günü

Xulian Alvares gələcəyi ilə bağlı danışdı


 Xulian Alvares gələcəyi ilə bağlı danışdı

"Mançester Siti"nin və Argentina millisinin hücumçusu Xulian Alvares klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, məşhur jurnalist Fabrizio Romano argentinalı futbolçunun dediklərini belə çatdırıb.

“Keçən mövsüm “Siti”nin heyətində ən çox dəqiqə keçirən futbolçulardan biri idim. Amma sonda vacib matçlarda kənarda qalmağı sevmirəm, öz töhfəmi vermək istəyirəm. Vaxtımı ayırıb özüm üçün nə istədiyimi düşünəcəyəm. Görəcəyik”

Daha əvvəl mətbuatda hücumçunun xidmətində "Atletiko Madrid" və PSJ-nin maraqlı olduğu barədə məlumatlar yayılmışdı.

Ötən mövsüm Alvares bütün yarışlarda 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.







İngiltərə P.L.

"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər
“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"