2 fevral 2026. Bazar ertəsi

Yurgen Klopp məşqçilik karyerasını başa vurdu


Yurgen Klopp məşqçilik karyerasını başa vurdu

"Liverpul"un və Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Yurgen Klopp məşqçilik karyerasını başa vurub.

90deqiqe.Az xəbər verir ki, “ESPN" alman çalışdırıcının dediklərini belə çatdırıb:

“Bu gün bir məşqçi kimi bu mənim üçün sondur. Öz istəyimlə ayrıldım, ümumi qərar idi. Mən sülh və sakitlik istəyirəm, indi buna nail oldum və bundan həzz aldım. Sadəcə təqaüdə çıxmaq vaxtıdır. Amma mən hələ çox gəncəm ki, sadəcə padel tennis oynamaq və nəvələrimlə oturmaq üçün. İndi yenidən məşqçi olmağı istisna etməzdim. Amma gəlin görək bir neçə aydan sonra işlər necə olacaq. Mən artıq dünyanın ən yaxşı klublarını çalışdırmışam”

Xatırladaq ki, Yurgen Klopp ötən mövsümün sonunda "Liverpul"dan ayrılmışdı. Məşqçi karyerası ərzində iki Almaniya çempionluğu, İngiltərə çempionatında və Çempionlar Liqasında qələbə də daxil olmaqla 13 böyük kubok qazanıb.

"Liverpul" 2023/2024 mövsümü üçün Premyer Liqa turnir cədvəlində üçüncü yerdədir. Komanda 37 oyunda 79 xal toplayıb. Klubun yeni məşqçisi "Feyenoord"dan kluba keçən hollandiyalı Arne Slot olub.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə