- İngiltərə P.L.
- 20:09 05.10.2024
"CIES Football Observatory" son on ildə transfer bazarı ilə bağlı hesabat hazırlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 2015-ci ildən bəri ən çox pulu yeni gələnlərə “Çelsi” xərcləyib. İlk 3-lüyə həmçinin “Mançester Siti” və “Mançester Yunayted” də daxildir.
Bu dövr üçün transfer balansından danışsaq, ən pis komanda “Mançester Yunayted”di. Transfer gəlirindən xərcləri çıxsanız, mənfi 1,304 milyard avro əldə edəcəksiniz. İkinci yerdə “Çelsi” (mənfi 1,209 milyard avro), PSJ isə ilk üçlüyü (mənfi 991 milyon avro) qapayır.
Sonrakı yerləri “Arsenal” (-795 milyon), “Tottenhem” (-711 milyon) və “Mançester Siti” (-703), Milan (-633), Nyukasl (-626), “Barselona” (- 601) və "Əl-Hilal" (-556) tutur.