8 noyabr 2026. Bazar günü

"Əladır, qalib olmağı sevirəm"


"Əladır, qalib olmağı sevirəm"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 4-cü turunda "Tottenhem"lə səfər matçında qazanılan qələbəni (1:0) şərh edib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan çalışdırıcı qalib gəlməyi sevdiyini bildirib.

“Bizim bir çox insanı sevindirmək və qürurlandırmaq gücümüz var. Ardıcıl üçüncü səfər qələbəmiz olduğunu nəzərə alaraq, bu günü mütləq qeyd etdik. Bu çox şey deməkdir.

Düşünürəm ki, bu nəticələrə nail olmaq üçün bu liqada çox şeyi düzgün etməliyik. Əladır, qalib olmağı sevirəm. Xüsusən də başqalarını həqiqətən qürurlandıran və sevindirəndə”

"Arsenal" İngiltərə çempionatının turnir cədvəlində ikinci yerdədir. Komanda dörd görüşdə 10 xal toplayıb. “Tottenhem” (4) 13-cü yerdədir.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”