8 noyabr 2026. Bazar günü

Alisson Kyezanın oyun təcrübəsindən danışdı


Alisson Kyezanın oyun təcrübəsindən danışdı

"Liverpul"un qapıçısı Alisson Bekker komanda yoldaşı Federiko Kyeza haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Canluka di Marzio braziliyalı qolkiperin dediklərini belə çatdırıb:

“Kyeza dərhal keyfiyyətlərini nümayiş etdirdi. Məni təəccübləndirən onun üzündəki təbəssüm idi. İstək və minnətdarlıqla gəldi.Həyat ona belə böyük klubda sevdiyi işlə məşğul olmaq üçün gözəl fürsət verib”

İtaliyalı “qırmızılar”ın sıralarına avqustun sonunda sükançı Tiaqo Mottaya lazım olmayan “Yuventus”dan keçib. 26 yaşlı cinah oyunçusu hələ ingilis nəhənglərində debüt etməsə də, Arne Slot onu qarşıdan gələn Çempionlar Liqasında "Milan"la matçda meydana buraxacağı gözlənilir.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”