8 noyabr 2026. Bazar günü

"Mançester Siti" Edersonla bağlı qərar verib


"Mançester Siti" Edersonla bağlı qərar verib

"Mançester Siti" qapıçısı Edersonun gələcəyi ilə bağlı mühüm qərar qəbul edib.

90deqiqe.Az-ın “TBR Football”a istinadən məlumatına görə, "şəhərlilər" braziliyalı qolkiperi saxlamaq istəyir və müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.

31 yaşlı braziliyalının hazırkı əmək müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Ederson "Benfika"dan keçdikdən sonra 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. O vaxtdan bəri braziliyalı “vətəndaşlar”ın heyətində 338 rəsmi oyun keçirib və 261 qol buraxıb. Qeyd edək ki, keçən yay şayiələr Edersonu Səudiyyə Ərəbistanına köçürməklə əlaqələndirirdi.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”