- İngiltərə P.L.
- 12:14 12.10.2024
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq hücumçu Markus Reşfordun klubdakı çıxışından danışıb.
90deqiqe.Az xəbər verir ki, “Sky Sports Football” niderlandlı çalışdırıcının dediklərini belə çatdırıb:
“Markus Reşford çətin vəziyyətə düşəndə necə mübarizə aparacağını, karyerasını və performansını necə bərpa edəcəyini bilir. O, vəziyyəti nəzarətə götürdü və indi geri qayıdır. Markus mövsümə çox yaxşı başladı, indi davam etməli və inkişaf etməlidir. O, əla oyunçudur”
Xatırladaq ki, cinah yarımmüdafiəçisi ötən mövsümü səmərəsiz keçirib və “qırmızı şeytanlar”ın çalışdırıcısı ilə bəzi fikir ayrılıqları olub. Amma indi vəziyyət dəyişib, Reşford sağalır və daha yaxşı forma alır. Hücumçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.