23 iyun 2026. Çərşənbə axşamı

Kalafiori "Mançester Siti" - "Arsenal" matçında hakimlikdən narazıdır


Kalafiori "Mançester Siti" - "Arsenal" matçında hakimlikdən narazıdır

"Arsenal"ın mərkəz müdafiəçisi Rikardo Kalafiori "Mançester Siti" ilə matçda (2:2) hakimin işindən danışıb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" 22 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

 “Hakim öz işini görməli, oyunu izləməlidir, lakin belə vəziyyətlərdə diqqəti özünə cəlb etməməlidir. Düşünmürəm ki, Leo fiti eşitməyib. Sadəcə öz işinlə məşğul ol. Hakim çox öhdəsindən gəlməməlidir - komandalar futbol oynasınlar, çünki tamaşa bundan ibarətdir”

Görüşün lap əvvəlində Erlinq Haaland hesabı açsa da, ilk hissənin sonuna qədər “topçular” üstünlüyü ələ keçirərək azlıqda qalmağı bacarıb. Kalafiori və Qabriel Maqalhaes qol vurub, Leandro Trossard isə qırmızı vərəqə alıb. Pep Qvardiolanın yetirmələri 98-ci dəqiqədə Con Stounsun vurduğu qolla məğlubiyyətdən xilas olub.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər