23 iyun 2026. Çərşənbə axşamı

"Vest Hem" Lopeteqini istefaya göndərə bilər


"Vest Hem" Lopeteqini istefaya göndərə bilər

"Vest Hem" klubu tezliklə komandanın ispaniyalı baş məşqçisi Xulen Lopeteqini istefaya göndərə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O rəhbərliyin London klubunun mövsümün əvvəlindəki nəticələrindən narazıdırlar və əgər Lopeteqi Premyer Liqanın "Brentford" və "İpsviç"lə qarşıdakı matçlarında vəziyyəti düzəltməsə, mütəxəssisi istefaya göndərəcəyini qeyd edib.

Qeyd edək ki, Lopeteqi 2024-cü ilin iyunundan "Vest Hem"də çalışır. Xatırladaq ki, “Vest Hem” hazırda Premyer Liqanın turnir cədvəlində 14-cü yerdədir. Ölkə çempionatının beş turunda "çəkiclər" cəmi dörd xal toplaya bilib.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər