22 mart 2026. Bazar günü

Arteta Rayanın zədəsindən danışıb


Arteta Rayanın zədəsindən danışıb

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın əsas qapıçısı David Rayanın zədələnməsindən danışıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano Artetanın dediklərini belə çatdırıb:

“Davidin hansı zədənin olduğunu hələ dəqiq bilmirik. Zədə əzələ xarakteri daşıyır, ona görə də əlavə müayinə lazımdır”

29 yaşlı futbolçu sentyabrın 22-də Premyer Liqanın 5-ci turunun "Mançester Siti" ilə səfər matçında (2:2) zədələnib. Dünən, sentyabrın 25-də Liqa Kubokunun 3-cü mərhələsinin "Bolton"la ev oyununda (5:1) "Arsenal"ın qolunu 16 yaşlı Cek Porter qorudu. Bu mövsüm David Raya "topçular"ın heyətində 6 oyun keçirib, 3 buraxdığı qol və 4 qapını təmiz keçirib. Beş turun nəticələrinə əsasən, London klubu İngiltərə Premyer Liqasının turnir cədvəlində 11 xalla 4-cü yerdədir.







İngiltərə P.L.

“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər
“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"