- İngiltərə P.L.
- 23:50 22.11.2024
"Mançester Yunayted" qış transfer pəncərəsində Harri Maquayrla yolları ayırmağa hazırlaşır.
90deqiqe.Az "Daily Star"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" tez-tez zədələnən ingilis futbolçunu heyətində saxlamaq niyyətində deyil. İngiltərə klubu bu səbəbdən qış transfer pəncərəsində futbolçu ilə bağlı gələn təklifləri nəzərdən keçirəcək.
Qeyd edək ki, Maquayrın "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.