21 iyun 2026. Bazar günü

De Gea Manchester United'dən ayrılmaq istəyir


De Gea Manchester United'dən ayrılmaq istəyir

Manchester United'in qapıçısı David De Gea klubla müqaviləsinin müddətini uzatmaq niyyətində deyil.

Corner.az-ın qol.az-a istinadən məlumatına görə, ispaniyalı qolkiper uğursuz nəticələrə görə komandadan getmək istəyir. Rəhbərlik De Gea'ya həftəlik 275 min funt-sterlinq maaş təklif etsə də, onu fikrindən döndərə bilməyib. 

Belə olan halda isə "qırmızı şeytanlar"ın təcrübəli qapıçını qış transfer pəncərəsində satışa çıxara biləcəyi iddia olunur. Çünki Manchester təmsilçisi gələn ilin yayında müqaviləsi başa çatacaq qolkiperi havayı buraxmaq istəmir.

Qeyd edək ki, De Gea 2011-ci ildən "Manchester United"in formasını geyinir.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər