24 noyabr 2024. Bazar günü

“Mançester Yunayted” Antoni ilə bağlı qərar verib


“Mançester Yunayted” Antoni ilə bağlı qərar verib

"Mançester Yunayted" cinah hücumçusu Antoninin gələcəyi ilə bağlı qərar verib.

 90deqiqe.Az "CaughtOffside"ya istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi 24 yaşlı qış transfer pəncərəsində buraxmağa hazırdır.

Mançester klubu futbolçunun həm icarə, həm də tam transfer haqqında gələn təklifləri nəzərdən keçirəcək.

Antoni ilə iki Premyer Liqa klubu maraqlanır - "Nyukasl" və "Kristal Pelas". Braziliyalı cinah oyunçusu əvvəllər formasını geyindiyi “Ayaks”ın da diqqət mərkəzindədir.

2022-ci ildə "Mançester Yunayted" Antoni üçün 95 milyon avro ödəyib. Bununla belə, braziliyalı "Old Trafford"da iki ildən artıqdır ki, böyük ümidləri doğrultmur.







İngiltərə P.L.

Arteta Tomiyasunun vəziyyətindən danışıb
  • İngiltərə P.L.
  • 21:33 22.11.2024
Arteta Tomiyasunun vəziyyətindən danışıb