23 iyun 2026. Çərşənbə axşamı

"Barselona"nı "Liverpul"a dəyişir


"Barselona"nı "Liverpul"a dəyişir

"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını "Liverpul"da davam etdirə  bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, Mersisayd klubu 25 yaşlı sağ cinah müdafiəçisinin transferində maraqlıdır.

"Liverpul" fransalını gələn yay "Real"a keçəcəyi gözlənilən Trent Alexander-Arnolda alternativ kimi nəzərdən keçirir.

Transfermarkt portalının məlumatına görə, fransız futbolçunun bazar dəyəri 55 milyon avro qiymətləndirilir. Kunde ilə "mavi qranatlar" arasında mövcud əmək müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi hesablanıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər