8 noyabr 2026. Bazar günü

“Mançester Siti” “Mançester Yunayted”in qeyri-adi istəyini rədd edib


“Mançester Siti” “Mançester Yunayted”in qeyri-adi istəyini rədd edib

“Mançester Yunayted”in sahibləri əzəli rəqibi “Mançester Siti”yə maraqlı müraciət ünvanlayıb.

90deqiqe.Az xəbər verir ki,  “qırmızı şeytanlar” “Mançester Siti”dən Kobbi Mayn və Alexandro Qarnaçonu Fransanın paytaxtı Paris şəhərində baş tutacaq “Qızıl top” mərasiminə aparmağı xahiş ediblər.

“Şəhərlilər” isə yerlərin dolduğunu bildirdiyi üçün bu reallaşmayıb. Beləliklə, “qırmızı şeytanlar” başqa uçuş variantını nəzərdən keçirirlər.

Qeyd edək ki, “Mançester Siti”nin “Qızıl top”a daha çox namizədi var – onlardan səkkiz nəfər var.

“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 28-i bazar ertəsi keçiriləcək. "Real Madrid" və Braziliya millisinin hücumçusu Vinisius Junior favorit hesab olunur.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”