8 noyabr 2026. Bazar günü

"Arsenal" "Liverpul"la heç-heçə etdi


"Arsenal" "Liverpul"la heç-heçə etdi

İngiltərə çempionatının IX turunun mərkəzi oyununda “Arsenal” klubu doğma meydanda “Liverpul”u qəbul edib.

90deqiqe.Az xəbər verir ki, rəqiblər məhsuldar görüş keçirsələr də, güclüləri müəyyən edə bilməyiblər.

Qonaqlar Bukayo Saka və Mikel Merinonun qollarına Vircil van Deyk və Məhəmməd Salahın dəqiq zərbələri ilə cavab veriblər.

Beləliklə, "Liverpul" 22 xal toplaya bilib və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

"Arsenal"ın hazırda 18 xalı var və üçüncü yerdədir.

"Arsenal" - "Liverpul" - 2:2 (2:1)

Qollar: Saka, 9 - 1:0; van Deyk, 18 - 1:1; Merinos, 43 - 2:1; Salah, 81 - 2:2.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”