22 mart 2026. Bazar günü

“Mançester Yunayted”in yeni baş məşqçisi bilindi


“Mançester Yunayted”in yeni baş məşqçisi bilindi

“Mançester Yunayted”in yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın "sükanı" “Sportinq”in baş məşqçisi Ruben Amorim həvalə olunub.

Portuqaliyalı mütəxəssis Mançester klubu ilə daha bir mövsüm uzatma ehtimalı ilə 2 illik müqavilə imzalayacaq. Amorin İngiltərə klubunda ildə 8 milyon avro qazanacaq.

Qeyd edək ki, Amorimə "Mançester Siti" də maraq göstərsə də, 39 yaşlı məşqçi Pep Qvardiolanın klubdakı gələcəyi ilə bağlı qərarın verilməsini gözləmək istəməyib.

Əlavə edək ki, dünən “Mançester Yunayted” hollandiyalı mütəxəssis Erik ten Haqın komandanın baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"