11 aprel 2026. Şənbə

"Mançester Yunayted"in yeni baş məşqçisi bəlli oldu


"Mançester Yunayted"in yeni baş məşqçisi bəlli oldu

Ruben Amorimin "Mançester Yunayted"in baş məşqçi postuna keçidi rəsmiləşib.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, portuqaliyalı çalışdırıcının "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub. Həmçinin tərəflərin razılaşmasında onun daha bir mövsüm uzadılması variantı var.

Amorim noyabrın 11-də komanda ilə işə başlayacaq. Rud van Nistelroy Ruben baş məşqçi postuna gələnə qədər komandaya rəhbərlik etməyə davam edəcək.

Daha əvvəl mətbuatda "Mançester Yunayted"in portuqaliyalı baş məşqçi Ruben Amorimlə müqaviləni vaxtından əvvəl pozduğu üçün "Sportinq"ə 15 milyon avro ödəyəcəyi barədə xəbərlər yayılmışdı.







İngiltərə P.L.

“Mən onlara inanıram”
  • İngiltərə P.L.
  • 22:38 10.04.2026
“Mən onlara inanıram”