8 noyabr 2026. Bazar günü

"Çempionluq yarışı haqqında danışmaq hələ tezdir"


"Çempionluq yarışı haqqında danışmaq hələ tezdir"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Nyukasl"a məğlubiyyəti (0:1) ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Football London" ispan çalışdırıcının dediklərini belə çatdırıb.

“Çox yaxşı başladıq, amma bir an hər şeyi dəyişdi, oyun bizim nəzarətimizdən çıxdı. Düşünürəm ki, kifayət qədər təhlükəli deyildik, ona görə də qələbəyə arxalana bilməzdik. Çempionat yarışı? Mən sizi başa düşürəm, amma indiki mərhələdə bu barədə danışmağın mənası yoxdur, hər şey qabaqdadır”

"Arsenal" matçdan sonra altıncı sıraya düşmək riski ilə üzləşib, lider "Liverpul"dan xal fərqi artıq 7-dir. Növbəti turda “Arsenal” səfərdə “Çelsi” ilə qarşılaşacaq.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”