8 noyabr 2026. Bazar günü

Potter Premyer Liqa komandasına rəhbərlik edə bilər


Potter Premyer Liqa komandasına rəhbərlik edə bilər

Artıq milli komanda matçları üçün noyabr fasiləsində Qrem Potter İngiltərə Premyer Liqasında məşqçiliyə qayıda bilər.

90deqiqe.Az-ın “CaughtOffside”ya istinadən məlumatına görə, “Vest Hem” Potteri təyin etmək imkanını nəzərdən keçirir.

Komanda gözləntiləri doğrulda bilmədiyi üçün Julen Lopetegini istefaya göndərə bilər.

Klub 10 turdan sonra Premyer Liqanın turnir cədvəlində 14-cü yerdə olmaqdan məmnun deyil. Qrem Potter "Çelsi" tərəfindən qovulduqdan sonra 2023-cü ilin aprel ayından etibarən məşqçilikdən uzaqlaşıb. Potter "pensiyaçılar"ın sükanı arxasında çox vaxt keçirməyib - 31 matç.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”