8 noyabr 2026. Bazar günü

"Mançester Yunayted" futbolçusunun maaşını üç dəfə artıracaq


"Mançester Yunayted" futbolçusunun maaşını üç dəfə artıracaq

"Mançester Yunayted" cinah hücumçusu Amad Diallo ilə bağlı qərar verib.

90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, "mankunianlar" afrikalı futbolçu ilə növbəti 5 il üçün müqavilə bağlamaq niyyətindədir.

22 yaşlı futbolçunun "Mançester Yunayted"dəki maaşı həftəlik 29 min funt-sterlinqdən üç dəfə artaraq 90 min funt-sterlinqə qədər arta bilər.

Futbolçunun İngiltərə klubu ilə hazırkı əmək müqaviləsi 2024/2025 mövsümünün sonuna qədərdir.

Xatırladaq ki, Avropa Liqasının IV turunun matçında “Mançester Yunayted” öz meydanında PAOK-u cinah hücumçusu Amad Diallonun dubl sayəsində 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Amad Diallo 2021-ci ilin əvvəlində “Atalanta”dan “Mançester Yunayted”ə keçmişdi.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”