23 iyun 2026. Çərşənbə axşamı

"Çelsi" "Arsenal"la heç-heçə etdi, "MY"dən qələbə


 "Çelsi" "Arsenal"la heç-heçə etdi, "MY"dən qələbə

İngiltərə Premyer Liqasında XI turun oyunlarına yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, "Mançester Yunayted" doğma meydanda "Lester Siti"ni qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

"Nottinqhem Forest" evdə "Nyukasl"la qarşılaşıb və məğlub olub. 

"Tottenhem" evdə "İpsviç"i qəbul edib və görüşdən məğlubiyyətlə ayrılıb.

Tura Londonda yekun vurulub. Burada "Çelsi" doğma meydanda "Arsenal"ı qəbul edib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqası

XI tur

"Mançester Yunayted" - "Lester Siti" - 3:0

"Nottinqhem Forest" - "Nyukasl" - 1:3

"Tottenhem" - "İpsviç" - 1:2

"Çelsi" - "Arsenal" - 1:1







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər