8 noyabr 2026. Bazar günü

Antoni gələcək planları ilə bağlı qərar verib


Antoni gələcək planları ilə bağlı qərar verib

"Mançester Yunayted"in vingeri Antoni klubdakı gələcəyi ilə bağlı qərar verib.

90deqiqe.Az xəbər verir ki, Ruben Amorimin məşqçi postuna təyin olunmasından sonra vəziyyətin Antoni üçün yaxşılığa doğru dəyişməsi ehtimalı azdır, ona görə də 24 yaşlı futbolçunu başqa kluba icarəyə göndərilməsi gözlənilir. Bununla belə, Antoninin agenti müştərisinin “Mançester Yunayted”də qalmaq niyyətini açıqlayıb.

braziliyalı bu mövsüm Erik ten Hagenin rəhbərliyi altında nadir hallarda meydana çıxıb.

Antoni bu kampaniyada beş matçda bir qol vurub. Transfermarkt portalının 20 milyon avro dəyərində qiymətləndirdiyi vingerin müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”