8 iyul 2026. Çərşənbə

UEFA ingilis hakimlə bağlı araşdırmaya başladı


UEFA ingilis hakimlə bağlı araşdırmaya başladı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ingilis hakim Devid Kutla bağlı araşdırmaya başlayıb.

90deqiqe.Az xəbər verir ki, buna səbəb internetdə yayılan, hakimin "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Kloppun ünvanına təhqirlər işlətdiyi video olub. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

“Hakim Devid Kutun UEFA nizam-intizam qaydalarını pozub-pozmadığını qiymətləndirmək üçün UEFA-nın Etika və İntizam Məsləhətçisi təyin edilib. Bu məsələ ilə bağlı əlavə məlumat yaxın vaxtlarda veriləcək”, - təşkilatın rəsmi saytında deyilir.

Hazırda İngiltərədə hakimliyə məsul qurum (PGMOL) Kutu işdən uzaqlaşdırıb. Sözügedən videoda hakim Kloppu təkəbbürlü davranışda da ittiham edib.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı