8 noyabr 2026. Bazar günü

“Mançester Siti” ulduz futbolçu üçün 120 milyon avro təklif edir


 “Mançester Siti” ulduz futbolçu üçün 120 milyon avro təklif edir

"Bayer Leverkuzen"in gənc yarımmüdafiəçisi Florian Virts gələn yay klubunu dəyişə bilər.

90deqiqe.Az-ın “Caught Offside”ya istinadən məlumatına görə, 21 yaşlı futbolçu yay transfer pəncərəsində “Mançester Siti”yə keçə bilər. İngiltərənin hazırkı çempionu alman yarımmüdafiəçi üçün təxminən 120 milyon avro ödəməyə hazırdır.

Virts özü "Real" və ya "Barselona"ya deyil, "Siti"yə keçmək istəyir. Mançester klubunda alman belçikalı Kevin de Bruynenin əvəzləyicisi ola bilər.

Xatırladaq ki, Florian Wirtz bu mövsüm Almaniya çempionatında “əczaçılar”ın heyətində on görüş keçirib, həmin görüşlərdə dörd qol vurub və iki məhsuldar ötürmə edib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”