7 may 2026. Cümə axşamı

Liverpul mövsümə qələbə ilə başladı


Liverpul mövsümə qələbə ilə başladı

İngiltərə Premyer Liqasında 2019/2020-ci il mövsümünə start verilib.

Corner.az xəbər verir ki, mövsümün ilk qarşılaşmasında “Liverpul”  “Norviç”lə qarşılaşıb. “Enfild” stadionunda keçirilən açılış matçında Yürgen Kloppun komandası 4:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, turun növbəti oyunları 10-11 avqust tarixlərində keçiriləcək.

9 avqust

"Liverpul" 4-1 "Norviç"
Qollar:
 Qrant Hanley, 7-avotoqol  (1:0), Məhəmməd Salah, 19 (2:0), Vircil van Deyk, 28 (3:0), Divok Oriqi, 42 (4:0), Taemu Pukki, 64 (4:1)







İngiltərə P.L.