8 noyabr 2026. Bazar günü

Salah "Liverpul"la razılaşdı


Salah "Liverpul"la razılaşdı

Misirli hücumçu Məhəmməd Salah "Liverpul"da oynamağa davam edəcək.

90deqiqe.Az “The Mirror”a istinadən xəbər verir ki, tərəflər yeni müqavilə üzrə danışıqlarda kompromis tapa biliblər. Əngəl yeni əmək müqaviləsinin müddəti idi. Salah üç illik müqavilə istəyirdi, "Liverpul" isə misirlinin yaşını nəzərə alaraq bir illik müqavilə təklif edib.

Nəticədə 32 yaşlı Salahın 2026/2027 mövsümünün sonuna qədər 2 illik müqavilə imzalayacağı gözlənilir.

Ümumilikdə Mo Salah “Liverpul”un heyətində 370 rəsmi oyun keçirib, bu oyunda 226 qol vurub və komanda yoldaşına 101 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”