27 avqust 2026. Cümə axşamı

"Liverpul" 50 milyon avroya yeni hücumçu seçib


"Liverpul" 50 milyon avroya yeni hücumçu seçib

"Liverpul" heyətini gücləndirmək üçün çalışır.

90deqiqe.Az xəbər verir ki, Mersisayd klubunun transfer hədəfi "Brayton"un hücumçusu Joao Pedrodur.

"Qırmızılar" gələn yay 23 yaşlı braziliyalını heyətinə qatmaq istəyir. Bununla belə, danışıqlar yanvarda başlaya bilər.

Nüfuzlu Transfermarkt portalının ekspertləri Joao Pedronu 50 milyon avro qiymətləndirirlər. Cari İngiltərə çempionatında 23 yaşlı braziliyalı doqquz oyun keçirib, o, dörd qol vurub və tərəfdaşlarına üç məhsuldar ötürmə edib. Qeyd edək ki, Pedro "Uotford"dan keçdikdən sonra 2023-cü ilin yayından "Brayton"da çıxış edir.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın