8 aprel 2026. Çərşənbə

"Mançester Siti" 70 gün sonra ilk dəfə səfərdə qalib gəlib


"Mançester Siti" 70 gün sonra ilk dəfə səfərdə qalib gəlib

İngiltərə Premyer Liqasının 19-cu turunda "Mançester Siti" səfərdə "Lester"i 2:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, bu qələbə Pep Qvardiolanın komandasının son 70 gündə ilk səfər qələbəsi olub.

Bugünkü oyundan əvvəl "Mançester Siti" oktyabrın 20-də Premyer Liqanın 8-ci turunda "Vulverhempton"la səfərdə qalib gəlib (2:1). O vaxtdan bəri "şəhərlilər" doqquz görüş keçirib, yeddi dəfə məğlub olublar. “Mançester Siti” hazırda 31 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir. Onların növbəti rəqibi “Vest Hem” olacaq. Görüş 2025-ci il yanvarın 4-nə təyin edilib.







İngiltərə P.L.