7 iyul 2026. Çərşənbə axşamı

"Bu, mənim işim deyil" - Qvardiola


"Bu, mənim işim deyil"  - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola belçikalı yarımmüdafiəçi Kevin De Bruyne ilə mümkün müqavilənin uzadılması haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Hər şey klubdan asılıdır. Bu mənim işim deyil. Söhbət onun mövsümün qalan hissəsində necə çıxış edəcəyi, yaşı və bir çox başqa şeylərdən gedir. Düşünürəm ki, klub bu barədə düşünməlidir”

Daha əvvəl futbolçu ilə "Fənərbağça"nın, eləcə də MLS və Səudiyyə Ərəbistanı klublarının maraqlandığı iddia edilmişdi.

Futbolçunun "Siti" ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Bu mövsüm De Bruyne bütün yarışlarda 17 matçda iştirak edib, o, iki qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı