7 iyul 2026. Çərşənbə axşamı

Qrem Potter İPL-ə qayıdır


Qrem Potter İPL-ə qayıdır

"Çelsi"nin keçmiş baş məşqçisi Qrem Potter işə qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 49 yaşlı mütəxəssis yaxın vaxtlarda “Vest Hem”dən qovulacağı təqdirdə Xulen Lopeteqini əvəzləməyə hazır olduğunu və Potterin hətta cari mövsümün sonuna qədər qısamüddətli müqaviləyə razılıq verdiyini qeyd edib.

Xatırladaq ki, Lopeteqi ötən yaydan “Çəkicçilər”ə başçılıq edir. Komanda 20 turdan sonra topladığı 23 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdədir. Yanvarın 10-da “Vest Hem” İngiltərə Kuboku çərçivəsində “Aston Villa” ilə səfər matçı keçirəcək, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı